Vaaqn Xaçaturyan ötən ilin Ermənistan-İran münasibətləri üçün faydalı olduğuna toxunaraq, mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsinin və müntəzəm qarşılıqlı səfərlərin vacibliyini vurğulayıb. O, İranın Ermənistan üçün mühüm və strateji tərəfdaş olaraq qaldığını da bildirib.
Eyni zamanda dünən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İran parlamentinin İran-Ermənistan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Ara Şaverdiyan və nümayəndə ilə görüşdə Tehran və İrəvan arasındakı möhkəm əlaqələrə toxunaraq, iki ölkənin münasibətlərinin davamlı inkişafı üçün lazımi tədbirlərin görülməsini vacib hesab edib.
İran parlamentinin erməni nümayəndəsi Ara Şaverdiyan bildirib ki, iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir.
Habelə, tərəflər “Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olması baxımından Ermənistan hökumətinin “Sülh kəsişməsi” layihəsindən söz açıblar”.
Dünən həmçinin Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan İran parlamentinin İran-Ermənistan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Ara Şahverdiyan və İran nümayəndə heyəti ilə görüşüb. Erməni nazir deyib ki, “enerji və yol tikintisi Ermənistan və İran arasında əməkdaşlığın əsas sahələridir”.