Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

İran Çinə neft satışından “sanksiya endirimi” olaraq gündəlik 1 trilyon tümən zərər edir

"Martın ortalarında dolların qiyməti ilə bağlı hesablamalara görə, İranın neft satışı üçün verdiyi endirimin məbləği çox yüksəkdir".

“Aznews tv” xəbər verir ki, bunu İran İslam Şurası Məclisinin keçmiş deputatı Hişmətullah Fəlahətpişe deyib.

O, habelə bildirib: “Donald Trampın zamanında İranın neft satışı gündəlik 300 min barelin altına düşmüşdü, lakin Bayden hökumətinin dövründə vəziyyət daha da yaxşılaşdı və neft ixracı 1 milyon 300 min barelə qədər artdı”.

“İran bu müddət ərzində neftini “sanksiya endirimi” olaraq ixrac edib. Martın ortalarında neftin təxmini orta qiymətini 110 dollardan yuxarı götürsək, İran təkcə Çinə neft satışında gündə təxminən 1 trilyon tümən itirib”, – deyə keçmiş millət vəkili fikrini tamamlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button