Görünən odur ki, Azərbaycan Daxili İşlər Nazirliyinin İranın Azərbaycandakı casus şəbəkəsinə qarşı keçirdiyi uğurlu əməliyyatlar xarici medianın diqqət mərkəzindədir. Bu yöndə Rusiya mediası keçirilən uğurlu əməliyyatlara xüsusi yer ayırıb.
Rus mediası yazır ki, Azərbaycan DİN-in keçirdiyi əməliyyatlar nəticəsində respublika ərazisində din adı altında təxribat törətmiş 39 nəfər müəyyən edilərək saxlanıb: “Saxlanılan şəxslər özlərini dindar kimi təqdim edərək, sosial şəbəkələrdə İranın xeyrinə təbliğat aparıb, Azərbaycanda dini etiqad azadlığından sui-istifadə edib. Azərbaycanda formalaşmış tolerantlıq ənənələrini sarsıtmaq məqsədilə İran xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetiriblər. Azərbaycan vətəndaşlarının iştirak etdiyi dini mərasimlərdə, sosial şəbəkələrdə İranın atributlarından, o cümlədən fars dilində müxtəlif yazılar olan qara bayraqlardan istifadə edərək, dini mənsubiyyətinə görə ayrı-seçkilik və təxribat törətmək məqsədilə dinlərarası nifrət, cəmiyyətdə çaşqınlıq yaradıb, toplanan məlumatları tapşırıq aldıqları xüsusi xidmət orqanlarına ötürüblər”.Bir sözlə, Vüqar Rəhimzadə hesab edir ki, harda İranın casus şəbəkəsi varsa, bu həmin ölkə üçün təhdid mənbəyidir.