İran Böyük Britaniyadan Cəbəllütariqdə saxladığı tankerini qaytarmasını tələb edir.
Aznews.tv-nin xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun liderlərindən biri Möhsen Rezai əks təqdirdə ölkəsinin cavab olaraq Britaniya gəmisinə əl qoyacağını bildirib.
“İran tankeri azad edilmədiyi təqdirdə İran hökümətinin vəzifəsi analoji addım ataraq Britaniya tankerini ələ keçirməkdir”, – deyə M.Rezai öz Twitter hesabında bildirib.
Xatırladaq ki, dünən Böyük Britaniya piyadaları Cəbəllütariqdə Panama bayrağı altında gəzən Grace 1 adlı tankerə əl qoyub.
Məlumata əsasən, bu tanker İrana aiddir və Avropa Birliyinin sanksiyalarını pozaraq Suriyada yerləşən Bəniyas neft emalı zavoduna neft daşıyırmış.
Aznews.tv