
Tehranın Yük Satıcıları Birliyinin sədri meyvə-tərəvəz bazarında durğunluğun müşahidə edildiyini deyib.
“Aznews tv”ın xəbərinə görə, Tehran şəhərində meyvə-tərəvəz mağazalarında satışlar 50 faiz azalıb və topdansatış mərkəzlərində də 30 faizlik geriləmə ilə üzləşib.
Belə ki, meyvə-tərəvəz topdansatış mərkəzlərinə daxil olan 9 min ton məhsuldan cəmi 7 min tonu satılıb və 2 min tonu qalıb.