Məsələ ilə bağlı güneyli politoloq Elyar Kamrani Ednews-a özəl açıqlamasında bildirib ki, İranda vəziyyətin daxildən və xaricdən yaxşı olmadığını göstərir:
“İran neçə müddət guya meydan oxuyurdu ki, biz buna icazə verməyəcəyik. Lakin müxtəlif mənada səfirliyin açılmasını gecikdirir və xor görürdü. İranın özünündə keçən il Azərbaycan səfirliyinə olan hücumdan yaxşı xəbəri var idi. Azərbaycanın yenidən İranda səfirliyinin açılması, Tehranın qonşularına qarşı siyasətdə uduzduğunu göstərir. Səfirliyin açılması görüntü olaraq müsbət addımdır ki, İran xətasını başa düşür, qonşularla doğru və müsbət siyasət aparmağın daha yaxşı siyasət olacağını anlayır. Hərçənd Məsud Pezeşkianın hakimiyyətə gəlməsi iki ölkə arasındakı münasibətlərə yaxşı təsir edəcək. Bu həmçinin İran-Türkiyə münasibətlərinə də müsbət təsir edəcək. Lakin Məsud Pezeşkianın hakimiyyətdə olmasına baxmayaraq, İran parlamentinin sədri Ermənistanla münasibətlərini bəlli etdi və onların siyasətinə olan dəstəklərini açıqladılar. İranın “biz sərhədlərimizdə qondarma rejimə izin vermərik mərzləri” ilə görünür onlar hələ də Zəngəzur dəhzilinə müxalifdirlər”.
Politoloqun fikrincə, İran artıq həm daxilən, həm də xaricən bir çatışmaz bir vəziyyətdədir:
“İran Azərbaycan başda olmaqla məcburdur ki, digər qonşu ölkələrlə müsbət münasibətlər saxlasınlar. Bunu da bilirlər ki, əgər bundan sonra da Məsud Pezeşkianın bir türk olaraq prezident olması halında iki ölkə arasında münasibətlərin pisləşməsi və ya stabil olmaması heç mənafeyə uyğun deyil”.