Dünyaİran

İran Azərbaycanın tarixi memarlıq abidəsini özününküləşdirir

Ermənistanda yaşayan iranlılara məxsus Teleqram kanalı İrəvanda yerləşən Azərbaycanın tarixi memarlıq abidəsi haqqında belə yazıb:

“İrəvanın Göy Məscidi İranın incəsənət abidəsidir”.

Qeyd edək ki, Göy məscid İrəvanda azərbaycanlılara məxsus tarixi məsciddir. Belə ki, bu məscid 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilib. Çar Rusiyası dövründə İrəvanda azərbaycanıların ibadət etdikləri 8 məsciddən biri olub.

Bununla yanaşı, ermənilər artıq illərdir ki, Azərbaycanın tarixi memarlıq abidəsini İranın mədəniyyət nümunəsi, “fars məscidi” kimi qələmə verirlər.

#İran #Ermenistan

Related Articles

Bir cavab yazın

Back to top button