Site icon Aznews TV

İran Azərbaycana ETİRAZ NOTASI verdi

“Azərbaycan Respublikasının bəzi kütləvi informasiya vasitələri tərəfindən nalayiq və təhqiredici hərəkətlərin davam etdirilməsinin ardınca İran İslam Respublikasının Bakıdakı səfirliyi bununla bağlı bu ölkənin Xarici İşlər Nazirliyinə kəskin etiraz notası göndərib.

İran bu destruktiv prosesin dayandırılmasını və aradan qaldırılmasını tələb edərək, medianın bu əxlaqsızlığının davam etməsinin iki ölkə arasında gələcək münasibətlərə mənfi və zərərli nəticələri barədə xəbərdarlıq edir”.

Exit mobile version