İran

İran avarçəkmə milli komandasının təbrizli idmançısı ölkəni tərk edir

Təbrizli qadın avarçəkən və İran milli avarçəkmə komandasının üzvü Pərəstu Məhnəmay Əqdəm bundan sonra fəaliyyətini Almaniyada davam etdirəcək.

İran xəbər saytlarının yaydığı məlumata görə, təbrizli idmançı İran Avarçəkmə Federasiyasının onu himayə etməməsi üzündən ölkəni tərk edib.

“Şərqi Azərbaycan avarçəkmə federasiyasında yaranan problemlər və xanım Şəqaqinin mənə qarşı məhkəmə şikayətindən sonra məni saxlamaq üçün dəfələrlə bizim evə gəlmişdilər,” Pərəstu Məhnəmay Əqdəm Nasr News saytına müsahibəsində bildirib. “Mənim idman fəaliyyətlərimə qadağa qoyulmasından sonra mühacirət etməyə qərar verdim. Mənim mühacirət etmə xəbərim doğrudur bunu öz Instagram hesabımda da bildirmişəm.”

Əqdəm kanoe idman növündə Beynəlxalq Azərbaycan Respublikası kuboku müsabiqələrində 200 metr və 500 metr məsafə müsabiqələrində iki qızıl medal qazanmışdı. Çində təşkil edilən Sakit Okean Su Marafonu Dünya Kubokunda o, 42 idmançı arasında 7-ci olmuşdu.

Təbrizli atlet daha öncə İRNA xəbər agentliyi ilə müsahibədə İran milli kanoe komandasından ayrılma səbəbini izah edərkən avarçəkmə federasiyasının idmançılarla ədalətsiz rəftarına görə tənqid etmişdi.

İranlı idmançıların ölkəni siyasi-iqtisadi səbəblər üzündən tərk etməsi anormal hal deyil.

Bu yaxınlarda iranlı cüdoçu Dünya Cüdo Çempionatında İran hakimiyyətinin İsraildən olan rəqibi ilə üzləşməsinə qoyduğu qadağa üzündən qəsdən digər idmançıya məğlub olan Səid Mollai Monqolustan vətəndaşlığı alaraq artıq bu ölkə adından yarışlarda iştirak edəcəyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button