Lakin bu xəbər güneylilər tərəfindən qəzəblə qarşılanıb və onlar hökümətinin yalan dediyini iddia ediblər.
“Özümüz Araz çayının yanında yaşayırıq. Bəzən çay elə çirklənir ki, pis qoxu gəlir, çayın kənarında dayanmaq belə olmur, suyun rəngi belə yaşıl olur. İndi isə bunlar deyirlər ki, heç nə yoxdur”, – deyə sosial şəbəkə izləyicilərdən biri bu xəbəri şərh edib.
Bundan əvvəl İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatı Araz çayının Ermənistan tərəfindən çirkləndiyini təsdiqləmişdi.