
Saytın yazdığına görə, İranın Nüvə Təhlükəsizliyi Sistemi Mərkəzinin rəhbəri Məhəmmədrza Kardan Araz çayının radioaktiv maddələrlə çirklənməsi haqqında deyib:
“1998-ci ildən indiyədək Araz çayının çöküntüsü və suyundan 10 nümunə götürülüb və heç bir anormal radiasiya çirkləməsi müşahidə olunmayıb”.
Bildirilib ki, İranda çıxan “Peyam-e ma” qəzeti ilk dəfə olaraq Araz çayının radioaktiv maddələrlə və ağır metallarla çirklənməsinə toxunaraq yazıb: “Çirklənmə var və onu daha inkar etmək olmaz!”