Site icon Aznews TV

İran anklav kəndlərin qaytarılmasından niyə narahatdır? – Güneyli politoloq ŞƏRH EDİR

İran anklav kəndlərin qaytarılmasından niyə narahatdır? 

Mövzu ilə bağlı Ednews-a danışan İran üzrə ekspert Elyar Kamrani bildirib ki, bunun təəccüblü olmadığını və belə bir açıqlamanın hansı məqsəd ilə verilməsini bir sıra səbəblərlə açıqlayıb:

“Ermənistan artıq rəsmi olaraq razılığa gəlib ki, 4 kəndi sülh yolu ilə Azərbaycana versinlər. Ermənistan bir tərəfdən Azərbaycanın köhnə torpaqlarını qaytarmaq üçün sülhə razılaşır, digər tərəfdən isə kəndlərdən biri  – Cilizanı Gürcüstana vermək niyyətindədir. Bu dövlətin özünün qərarıdır. Çalışırlar ki,  qonşuları ilə sülh və əmin amanlıq içərisəndə yaşasınlar. Burada olan əsas məsələ isə İranın mövqeyidir. Hansı ki, elə də təəccüblü deyil. Ona görə ki, İran istər I Qarabağ müharibəsində, istərsə də II Qarabağ müharibəsində Ermənistanın tərəfini tuturdu. Hazırda belə açıqlama ilə onu göstərir ki, İran qəti şəkildə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini istəmir. Hərçənd Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi onun güclü bir aktor kimi formalaşmasına bibrbaşa şərait yaradır. Lakin Azərbaycan ilə Ermənistan razılaşırsa, bunun davamı olaraq Zəngəzur dəhlizinin bərpasını da ümid etmək olar”.

Exit mobile version