Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

İran Almaniyaya etiraz etdi

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İran rəsmilərinin Münhen Təhlükəsizlik Konfransına dəvət edilməməsinə görə Almaniyaya etiraz edib.

İranın XİN sözçüsü fevralın 13-də verdiyi açıqlamada Berlin hökumətini İrana qarşı qərəzli mövqe tutmaqda ittiham edib.

Fevralın 17-19-u arası Almaniyanın Münhen şəhərində keçiriləcək əhəmiyyətli konfransa Tehran rejiminə müxalif opozisiyon nümayəndələrindən bir neçəsi dəvət edilib.

Təhlilçilər bildirirlər ki, İran və Rusiya hökumət rəsmilərinin yerinə bu iki ölkənin müxalifətinin dəvət edilməsi əməkdaşlıq imkanlarını və İran xalqının etiraz hərəkatı ilə beynəlxalq həmrəyliyini gücləndirə bilər.

Related Articles

Bir cavab yazın

Back to top button