Bu barədə beynəlxalq media məlumat yayıb.
Almaniya kansleri Olaf Şultz C.Şarməhdin edamını pisləyib.
“Bu İran hökumətinin beynəlxalq səviyyədə həyasızlıqdır, Cəmşid Şarməhdə hətta məhkəmədə özünü müdafiə haqqı da verilmədi”,- kansler bildirib.
Bununla yanaşı ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller də bəyanat yayıb.
“Bu, İran hakimiyyətinin transmilli repressiya və insan hüquqlarına etinasızlığıdır və buna görə İranı cavabdehliyə cəlb etmək üçün çalışacayıq”,- millər bildirib.
ABŞ Dövlət Departamentinin İran məsələləri üzrə xüsusi nümayəndəsinin müavini Abram Pili də məsələ ilə bağlı bəyanat yayıb.
“Bu bir daha İranda necə bir hakimiyyətin iş başnda olduğunu göstərdi. Bu ölkədə, hətta yeni hakimiyyət dövründə də heç kim təhlükəsiz deyil”,- Pili deyib.
Şarməhdin Qızı Qəzalə Şarməhd atasının edamı ilə bağlı yaydığı bəyanatda Almaniya və ABŞ hökumətlərini də günahlandırıb.
İran hakimiyyətini qorxaq radikal adlandıran Qəzalə, Vaşington və Berlini atasının həyatını xilas etmək üçün kifayət qədər səy göstərməməkdə ittham edib.
Qeyd edək ki, 68 yaşlı Şarməhd 2003-cü ildən Kaliforniyada yaşayıb. 2020-ci ilin iyul ayında Dubaya səfər edərkən İran təhlükəsizlik məmurları tərəfindən qaçırılaraq İrana köçürülüb.
O, “Tondər” qrupuna başçılıq etməkdə və Şiraz şəhərinin məscidlərindən birində törədilən partlayışı planlaşdırmaqda günahlandırılaraq 2023-cü ilin fevral ayının 21-də ölüm cəzasına məhkum edilib.
Aprelin 24-də İran Ali Məhkəməsi Cəmşid Şarməhd barədə çıarılan ölüm hökmünü təsdiq edib.
Cəmşid Şarməhdin ailəsi və insan haqları müdafiə təşkilatları İran məhkəməsinin irəi sürdüyü ittihamların saxta olduğunu bildiriblər.