Kənani İran körfəzində olan Əbu Musa, Böyük Tonb və Kiçik Tonb adalarının İranın ayrılmaz hissəsi olduğunu deyib.
O, bununla yanaşı bəyanatda İranın nüvə proqramı ilə bağlı səsləndirilən fikirləri də tənqid edərək. ölkəsinin nüvə proqramından dinc məqsədlər üçün istifadə etmək istədiyini iddia edib.
Qeyd edək ki, son vaxtlar İran körfəzindəki mübahisəli Böyük Tunb, Kiçik Tunb və Əbumusa adalarının mülkiyyət hüququ ilə bağlı BƏƏ ilə İran arasında mübahisələr yenidən qızışıb.
Avropa Birliyi və Körfəz Əməkdaşlığı Şurasının xarici işlər nazirlərinin bəyanatında bölgədəki ölkələrin hakimiyyət və ərazi bütövlüyünə hörmətlə yanışlması tələb olunub.
Eyni halda İranın nüvə proqramı barədə Beynəlxalq Atom Enerjisi Agentliyi ilə şəffaf əməkdaşlıq etməsi, rəsmi Tehranın nüvə proqramından dinc məqsədlər üçün istifadə barədə təzminat verməsi istənilib.