Site icon Aznews TV

İran əhalisinin üçdə birindən çoxu “mütləq yoxsulluq” içində yaşayır

İranın İş Vəzirliyinin hazırladığı rapor ölkə əhalisinin üçdə birindən çoxunun mütləq yoxsulluq içində yaşadığını göstərir.

Məlumata görə, İranda adambaşına yoxsulluq həddinin 1399-cu ildə 1398-ci ilə nisbətdə yüzdə 38 artaraq ailənin hər bir üzvü üçün 1 milyon 254 min tümənə çatdığını və korona epidemiyası ilə yanaşı müxtəlif amillər üzündən bu il təxminən iki milyon insanın işini itirdiyi nəzərə alaraq, mütləq yoxsulluqda yaşayanların sayı 26 milyondan 30 milyon nəfərə yaxın artıb.

İş Vəzirliyinin verdiyi rəqəmlərə əsasən, 1399-cu ildə “mütləq yoxsulluq həddi” üç nəfərlik ailə üçün 2 milyon 758 min tümən, dörd nəfərlik ailə üçün isə 3 milyon 385 min tümən nəzərdə tutulub.

Bu rəqəmlər “mütləq yoxsulluq həddi” ilə bağlıdır. Rəsmi qurumların rəqəmlərində İranda dörd nəfərlik bir ailə üçün adi yoxsulluq həddi 3 milyon 385 min tümən deyil, 10 milyon tümənə yaxın fərz edilib.

Bu ilin mehr ayında Fəhlə Nümayəndələri Ali Məclisinin bazrəsi Həmidriza İmam Quli-Təbar İran əhalisinin yarısının yoxsulluq içində yaşadığını açıqlayıb.

Bu arada, iranlı ailələrin gəlirləri və xərcləri arasında çox ciddi fərq var ki, bu da ictimai və iqtisadi ədalətsizliyi göstərir.

Exit mobile version