
Ermənistan mətbuatına istinadən xəbər verilir ki, paytaxtda atışma zamanı 47 yaşlı Vardan Gevorkyan yaralanıb. O dərhal xəstəxanaya yerləşdirilib.
Məlumata görə, güllə yarası alan Vardan kriminal aləmə yaxındır. Onun qardaşının “Kodo” ləqəbli Arman Gevorqyan olduğu bildirilir.
Hadisənin detalları məlum deyil. Faktla bağlı polis araşdırma aparır