İordaniyanın Cəraş şəhərində kişi əlində bıçaqla turistlərə hücum edib.
Aznews.tv xəbər verir ki, hücum nəticəsində bir-neçə insan, o cümlədən yerli bələdçi və mühafizəçi xəsarət alıblar.
İlkin məlumata əsasən, 3 ispaniyalı turist qadın da bıçaq zərbələri alıb.
Rəsmi məlumatda onların yüngül xəsarət aldıqları bildirilsə də, xəstəxanada onlardan ikisinin vəziyyətinin kritik olduğu deyilir.
Aznews.tv