İran

“İnternetin deyil, şəbəkəyə qoşulma sürəti artıb”- keçmiş nazir

İranın keçmiş rabitə və informasiya texnologiyaları naziri Məhməmməd Cavad Azəri Cəhrümi İbrahım Rəsi iqtidarının respublikada internet sürətinin artdığı barədə iddianı rədd edib.

“Hal-hazrıda yalnız şəbəkəyə qoşulma sürəti artıb” Azəri Cərümi deyib.

Keçmiş nazir öz Teleqram kanalında həmçinin Rəisinin Qum şəhərində çıxışı zamanı optik fiber şəbəkəsinə 7.5 vətəndaşın qoşulduğunu da rədd edib.

“Optik şəbəkəyə qoşulan obonentlərin sayı 2021-ci ildə 202 min nəfər olub. Hazırda isə bu  yalnız 356  min obonentə yüksəlib”-  informasiya texnologiyaları mütəxəssisi vurğulayıb.

Bundan əvvəl hazırki  rabitə və informasiya texnologiyaları naziri İsa Zarepur vətəndaşlara söz verərək ölkə üzrə optik şəbəkələrin inkişaf etdirilməsi ilə internet sürəkinin 100 qat artacağını demişdir.

Lakin bu iddia İranda internet sürətinin standartlardan aşağı olduğunu nəzərə alsaq doğru görünmür.

Related Articles

Bir cavab yazın

Back to top button