Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

İsrail baş naziri Rusiya və İran arasındakı hərbi əlaqələrdən dərin narahatlığını bildirib

İsrailin baş naziri Yair Lapid oktyabrın 20-də Ukraynanın xarici işlər naziri ilə telefon danışığında Rusiya və İran arasında hərbi əlaqələrlə bağlı “dərin narahatlığını” ifadə edib.

Yair Lapidin ofisindən verilən açıqlamada bildirilir ki, İsrailin baş naziri bu ölkədəki müharibə ilə bağlı Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığı zamanı son məlumatı alıb.

Bu telefon danışığında o, İsrailin Ukraynanın yanında olduğunu vurğulayıb.

Adının çəkilməsini istəməyən yüksək rütbəli məmur Fransa x’b’r agentliyin’ bildirib ki, İsrailin baş naziri İran pilotsuz təyyarələrinin Rusiyaya təhvil verilməsi ilə bağlı məsələləri müzakirə edib.

Qeyd edək ki, Son günlər Amerika rəsmiləri İranın Ukraynadakı müharibədə istifadə etmək üçün Rusiyaya silah, o cümlədən pilotsuz təyyarələr verdiyini göstərən dəlillərə malik olduqlarını vurğulayıblar.

Related Articles

Bir cavab yazın

Back to top button