İran

İnsan haqları təşkilatları İranda icra edilən edamlara etiraz edib

12 insan haqları təşkilatı İranda yeni edam dalğasını dəhşətli hal kimi qiymətləndirərək birgə bəyanat yayıb.

Qurumlar bu edamları dayandırmaq üçün beynəlxalq ictimaiyyəti təcili reaksiya göstərməyə çağırıb. Bəyanat xarici mediada geniş yayılıb.

Bəyanatı imzalayan qurumlar Birləşmiş Millətlər Təşkilatından (BMT) və üzv dövlətlərdən bu edamlarda iştirak edən şəxslərə və qurumlara qarşı tutarlı tədbirlər və məhdudiyyətlərin tətbiqini, habelə onları cavabdehliyə məcbur etdirmələrini istəyiblər.

Qeyd edək ki, 2023-cü ilin ilk 5 ayı ərzində İranda edamların sayı öncəki ilin eyni dövrü ilə müqayisədə 76% artıb.

#İran #edam

Related Articles

Bir cavab yazın

Back to top button