
Turnirin final oyununda İtaliyanın “Fiorentina” və İngiltərənin “Vest Hem” klubları üz-üzə gəliblər.
Çexiyanın paytaxtı Praqadakı “Eden Arena”da keçirilən görüşdə rəqibinə 2:1 hesabı ilə qalib gələn London təmsilçisi titula sahib çıxıb.
“Report”un məlumatına görə, ilk qolu 62-ci dəqiqədə “Vest Hem”dən Səid Benrahma vurub. Əlcəzairli hücumçu penaltini dəqiq yerinə yetirib.
Cəmi 5 dəqiqə sonra “Fiorentina” tarazlığı bərpa edib. Cakomo Bonaventura hesabı bərabərləşdirib.
Son nöqtəni isə 90-cı dəqiqədə Carrod Bouen qoyub.
Qeyd edək ki, Konfrans Liqasının ilk qalibi İtaliya “Roma”sı olub.