Ticarət Araşdırmaları Mərkəzi 1401-ci ildə (miladi-2022) dolların qiymətinin 30 min tümən olacağını proqnozlaşdırır. Bütün bunlarla yanaşı, iqtisadi mütəxəssislər isə inflyasiyanın daha da kəskinləşəcəyi ilə bağlı xəbərdarlıq edirlər.
Ticarət Araşdırmaları və Tədqiqat Mərkəzi aprelin 18-də yaydığı məlumatda cari ildə dolların ortalama məzənnəsinin 30 min tümən olacağını deyiblər. Hesabatda bu il ölkədə inflyasiyanın 35,6 faiz olacağı proqnozlaşdırılaraq qeyd edilib: “Qısa müddətdə gələcək məzənnə ilə bağlı proqnoz danışıqların nəticəsindən asılıdır, lakin nüvə anlaşması ilə məzənnənin aşağı düşməsi gözlənilmir”.
Valyuta məzənnəsi İranda inflyasiyaya birbaşa təsir göstərir və dolların qiyməti bahalaşdıqca, inflyasiyanın həddi də yüksəlir. Onu da qeyd etmək lazımdır ki, İbrahim Rəisi hökumətinin yürütdüyü iqtisadi siyasət də inflyasiya artımına ciddi