Bunu Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan “Azadlıq” radiosuna müsahibəsində deyib.
Rubinyanın sözlərinə görə, İrəvan gözləyir ki, növbəti görüşdə Ankara ilə daha substantiv danışıqlar olacaq: “Əgər gündəm kifayət qədər ciddi və substantiv olarsa, o zaman müxtəlif görüşlər və ya onların keçirilməsi formatları haqqında düşünə bilərik. Amma mən bu mövzu haqqında danışmağı tez hesab edirəm”.
O, əlavə edib ki, əsl problem, ilk növbədə, sərhədlərin açılmasıdır: “İkincisi, diplomatik münasibətlərin qurulmasıdır. Biz mümkün olan hər şeyi edirik”