Son iki ildə ölkədə hökm sürən kəskin iqtisadi tənəzzül və yoxsulluq, eləcə də əmək haqlarının aşağı olması səbəbindən İranı 4 min həkim və tibb bacısı tərk edib.
“Aznews tv” xəbər verir ki, bu barədə İran parlamentinin Tibb Komissiyasının rəisi Hüseynəli Şəhriyari məlumat verib.
Onun sözlərinə görə, yuxarıda sadalanan səbəblərdən digər ölkələr artıq iranlı tibb işçilərini daha əlverişli şərait təklif edərək rahat şəkildə öz ölkələrində işləməyə dəvət edirlər.
Millət vəkili əlavə edib ki, bu isə İranda tibb işçilərinin çatışmazlığına səbəb olur. Buna görə dövlət və parlament mövcud şəraitin qarşısını almaq üçün tədbirlər görməlidir.