AzərbaycanDünya

IGB-nin Komotinidəki birləşmə nöqtəsinin istismara verilməsi tarixi müəyyən edilib

IGB qaz kəmərinin Komotinidəki Yunanıstanın milli qaz nəqliyyat sistemi (DESFA SA) ilə "Komotini - DESFA-ICGB" birləşmə nöqtəsi (IP) 2024-cü il oktyabrın 1-də kommersiya istismarına veriləcək.

“ANT”bu barədə Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) operatoru olan ICGB-yə istinadən xəbər verir.

“ICGB oktyabrın 1-dən IP “Komotini-DESFA -ICGB” qaz kəmərini istismara verməyi planlaşdırdığını elan edir, bu şərtlə ki, müvafiq təsdiq və hasilat sistemləri operatorlarından qaz axınları olsun”, – məlumatda bildirilib.

Xatırladaq ki, qaz kəmərinin 2024-cü il iyulun 1-də istifadəyə verilməsi nəzərdə tutulurdu.

IGB qaz kəməri Yunanıstanın milli qaz nəqli sisteminə (DESFA SA) və Komotini regionunda (Yunanıstan) Trans-Adriatik Boru Kəmərinə (TAP AG), eləcə də Stara Zaqora rayonunda Bolqarıstanın qaz nəqli sisteminə (“Bulgartransgaz EAD”) qoşulur.

Qaz kəmərinin ümumi uzunluğu 182 km, boru kəmərin diametri 32 düym, layihə gücü Yunanıstan-Bolqarıstan istiqamətində ildə 3 milyard kubmetrə qədərdir.

Bazarın daha çox gücə olan marağından və qonşu qaz nəqli sistemlərinin imkanlarından asılı olaraq, İP “Komotini-DESFA-ICGB”nin gücü kompressor stansiyasının əlavə tikintisi ilə ildə 5 milyard kubmetrə qədər artırmaq imkanı ilə layihələndirilir.

Related Articles

Bir cavab yazın

Back to top button