Azərbaycanlı şahmatçı Teymur Rəcəbov Rusiyanın Hantı-Mansiysk şəhərində keçirilən şahmat üzrə Dünya kubokunun qalibi olub.
Aznews.tv xəbər verir ki, finalda soydaşımız Çin təmsilçisi Din Lijeni tay-breykdə məğlub edib.
Üçüncü yerin sahibi fransalı Maksim Vaşye-Laqrav olub.
Qeyd edək ki, finala çıxmaqla Rəcəbov və Lijen, gələn il keçiriləcək pretendentlər turnirinə vəsiqə qazanıblar.
Öz növbəsində, pretendentlər turnirinin qalibi olan şəxs hazırki dünya çempionu norveçli Maqnus Karlsenlə görüşmək imkanı əldə edəcək.
Aznews.tv