![](https://www.aznews.tv/wp-content/uploads/2023/04/brahim-isi-udiyy-r-bistan-na-s-f-r-ed-c-k-0-1680579714-780x470.jpg)
Bu barədə ölkənin birinci vitse-prezidenti Məhəmməd Müxbir bildirib.
“İran Prezidenti İbrahim Rəisi Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Saudun krallığa səfər dəvətini müsbət qarşılayıb və onun səfər təklifi qəbul edilib”, – birinci vitse-prezident deyib.
Qeyd edək ki, Qərb ölkələri tərəfindən sıxışdırılan və beynəlxalq təzyiqlərin artmasını müşahidə edən İran hakimiyyəti Körfəz ölkələri ilə münasibətləri yumuşaltmağa çalışır.
İran tərəfinin Rəisinin səfərinin Ər-Riyadın dəvəti əsasında olduğunu iddia etməsinə baxmayaraq, Səudi Ərəbistan rəsmiləri bunu təsdiqləməyiblər.