Dünyaİran

İbrahim Rəisi hakimiyyəti dövründə neçə nəfər edam edilib? – Hesabat yayılıb

Mayın 19-da helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin fəaliyyəti barədə hesabat yayılıb. Hesabatda Rəisi hakimiyyəti dövründə edam saylarının kəskin artdığı bildirilib.

Qeyd olunub ki, onun 34 aylıq fəaliyyəti dövründə İran həbsxanalarında hər həftə orta hesabla 12 nəfər, ümumilikdə 1808 məhkum edam edilib.

Beynəlxalq Əfv Təşkilatının yaydığı hesabatda 2023-cü ildə dünyada edam edilən 1053 nəfərdən 853 nəfərin, yəni edamların 75 faizinin İranın payına düşdüyü qeyd edilib.

Related Articles

Bir cavab yazın

Back to top button