Hazırlanmış materialda nümayiş etdirilən İbrahim Rəisinin rəsminin altında “Tehran qəssabı Rəisinin ölümü” başlığı yazılıb.
Reportajda İbrahim Rəisinin 1988-ci ildə İran həbsxanalarında minlərlə siyasi məhbusun edamında əli olduğu qeyd edilib.
İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin icra başçısı Malik Rəhməti mayın 19-da Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olublar.