Azərbaycanİran

Həmədanda onlarla iş yeri bağlandı

Güney Azərbaycanın Həmədan şəhərində 35 iş yerinin, o cümlədən restoran, kafe və mağazanın fəaliyyətinə qadağa qoyulub.

Bu barədə Həmədanın İş adamları Palatasının başçısı Məhəmməd Ərğəvan məlumat verib.

O, iş yerlərinin “ramazan ayına hörmətsizlik etdikləri”nə görə bağlandıqlarını deyib.

Bundan əvvəl İran daxili işlər naziri Əhməd Vəhidi orucluq ayı qaydaları ilə bağlı iş yerləri və vətəndaşlara xəbərdarlıq etmişdi.

Qeyd edək ki, son bir il ərzində İranda məcburi hicab qaydalarının pozulmasına və musiqi səsləndirilməsinə görə minlərlə iş yerinin fəaliyyətinə qadağa qoyulub.

Related Articles

Bir cavab yazın

Back to top button