Site icon Aznews TV

Husilər Qırmızı dənizin cənubuna gəmi əleyhinə ballistik raketlər atıblar

Aznewstv xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində yazıb.

“İranın dəstəklədiyi husilər Qırmızı dənizin cənubuna iki gəmi əleyhinə ballistik raket atıblar. Bölgədəki bir neçə ticarət gəmisi ballistik raketlərin yaxınlığa düşdüyünü bildirsə də, hər hansı ziyan barədə məlumat verməyib”, – paylaşımda qeyd edilib.

Xatırladaq ki, bu, husilərin noyabrın 19-dan bəri Qırmızı dənizin cənubunda ticarət gəmilərinə qarışı 24-cü hücumudur.

Exit mobile version