Azərbaycanİran

“Hüseynyun” terror qruplaşmasının üzvləri İran televiziyalarına çıxarılır

İran televizyası Azərbaycanda axtarışda olan və İrana sığınmış "Hüseynyun" terror qruplaşması üzvlərinə geniş efir vaxtı ayırır.

Terror qruplaşmasının müxtəlif dövlət teleizya kanallarında çıxışları xüsusilə son vaxtlar əhəmiyyətli dərəcədə artıb.

Azərbaycnda axtarışda olan şəxslər dövlət kanalları vasitəsilə Azərbaycan Respublikasına qarşı təbluat aparır.

Onlar Azərbaycanda dini və etnik zəmində separatizmi təbliğ edən və münaqişə yaradan mövzular barədə çıxışlar edirlər.

Azərbaycan Respublikasının təhlükəsizlik və kəşfiyyat orqanlarının Azərbaycanda bu terror qruplaşmasına bağlı olan şəxsləri müəyyənləşdirib edib həbs etməsindən sonra sonraya təsadüf edir.

Bildirilir ki, İran hökuməti bu qruplaşmanı gücləndirmək və təbliğ etməklə, Azərbaycanın Respublikasının tədbirlərinin “terror qruplaşmasının fəaliyyətinə təsir etmədiyini aşılamaq niyyətindədir.

Qeyd edək ki, adı çəkilən qruplaşma SEPAH və İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin himayəsi ilə fəaliyyət göstərir.

Qruplaşma üzvləri davamlı olaraq Azərbaycan Respublikasına qarşı siyasi-ideolojik təbliğat aparır, ölkədə şəriyət qaydaları əsasında radikal dini hakimiyyətin qurulmasına çağırırlar.

Related Articles

Bir cavab yazın

Back to top button