Azərbaycanİran

“Hüseyniyyun” qruplaşmasının başçısı İran televiziyasında çıxış edib

“Fərvərdin” ləqəbli iranlı istifadəçi “X” hesabında İranda gizlənərək Azərbaycana təhdid yağdıran “Hüseyniyyun” terror qruplaşmasının başçısı Tohid İbrahimbəylinin Qum şəhərində keçirilən Fələstinə dəstək aksiyasında İran televiziyasında çıxışının fotosunu paylaşaraq yazıb:

“Hüseyniyyun” qruplaşmasının “nəcib” lideri Tohid İbrahimbəyli ilk dəfə İran milli televiziyasında çıxış edərək: “İrana ehtiyac yoxdur, “Hüseyniyyun” sizin hərifinizdir”, – deməklə Bakı və Türkiyə rejimlərini hədələyib və Əliyevi mübarizəyə səsləyib”.

Buna Seyid Məhəmməd Moinifərd adlı istifadəçi tutarlı cavab verib:

“Təəssüflər olsun ki, İran radioteleviziyası bəzi yaramazların əlinə keçib. Onlar milli televiziyadan istifadə edərək xəyali və virtual bir qrup vasitəsilə qonşu ölkələrlə münasibətlərimizi pozurlar. Bütün müsəlman ölkələrinin birliyinin zəruri olduğu və İran XİN-in bunun üçün çox çalışdığı indiki şəraitdə bu davranış populist və milli maraqlara ziddir”.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button