Dünyaİran

“Human Rights Watch”: İran hökuməti məhkumlara işgəncə verməyə son qoymalıdır

İnsan Haqlarının Monitorinq Təşkilatı (“Human Rights Watch”) Tehranda yerləşən Evin zindanının kameralarının çəkdiyi videogörüntülərin hak edilməsi nəticəsində yayılan görüntülərlə bağlı bəyanat yayıb.
Təşkilat İran hökumətinin məsullarından məhbuslarla pis davranışa son qoymağı eləcə də rejimdən bu məsələ ilə bağlı araşdırma aparılmağa icazə verməyi istəyib.

Bəyanatda videolara istinadla zindan məsullarının məhkumlara işgəncə vermələri, habelə bir-biriləri ilə dava edən və ya özlərinə xəsarət verən məhbuslara heç bir müdaxilə etmədiklərini vurğulayır.

Təşkilat qeyd edir ki, bu kimi halların insan haqları qruplarının uzun illərdir İran həbsxanalarında yaşanan işgəncələr habelə qaydalarının pozulması ilə bağlı hazırladıqları sənədləri təsdiq edir.

“Təqribən 20 ildir ki, İran məqamları müstəqill müfəttişlərin bu ölkə zindanlarına baxış keçirməyinə icazə vermir. Onlar İran zindanlarında məhkumların hüquqlarının pozulması ilə bağlı ittihamların araşdırılmasından imtina edərək, işgəncəyə məruz qaldıqlarını deyən məhbuslara qarşı isə yeni ittihanmlar irəli sürərək pərvəndə açırlar”, – deyə Təşkilat artırıb.

Related Articles

Bir cavab yazın

Back to top button