
Bu barədə beynəlxalq təşkilatın media hesabında bildirilib.
Bəyanatda İranın yeni prezidenti Məsud Pezeşkiandan real dəyişikliklər etmək üçün ölüm hökmlərini dayandırmaqla başlaması istənilib.
“İran hökuməti nəinki amansız şəkildə qadın fəalları hədəfə alır, həm də etnik azlıqlara aid qadınlara daha çox repressiyalar və hücumlar həyata keçirir. Əgər Məsud Pezeşkian real dəyişikliyin nümayəndəsi olduğunu göstərmək istəyirsə, onda bu yöndə addım atmağa başlasın”,- təşkilatın İran məsələləri üzrə araşdırmalarının rəhbəri Nahid Nəqşbəndi deyib.
O, yeni Prezidentin dinc etiraz etdiklərinə görə həbs edilən bütün məhbuslarınsərın bəst buraxılması ilə bağlı göstəriş verməsini istəyib.
Qeyd edək ki, 5 dekabr 2023-cü ildə həbs edilən Şərifə Məhəmmədi “xaricdə sistemə müxalif olan təşkilata üzv olmaq” ittihamına görə edama məhkum edilib.