Dünyaİqtisadiyyatİran

Huk: Sanksiyalar İranı əlaltıranı maliyyələşdirmək imkanından məhrum edib

ABŞ-ın sanksiyaları İranı Yaxın Şərqdə Tehranın ideyalarını təbliğ edən güclərin maliyyələşdirilməsi üçün nəzərdə tutlan gəlirlərdən məhrum edib.

Aznews.tv xəbər verir ki, bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk deyib.

“Biz bölgədə müttəfiqlərimizlə İranı müvafiq gəlirlərindən məhrum etmək istiqamətində işləmişik. Biz milyardlarla dolların İran İnqilabı Keşikçiləri və İran xəzinəsinə oturmasının qarşısını almışıq”, – deyə Huk əlavə edib.

Onun sözlərinə görə, İran hər il “Hizbullah”-ın hesabına 700 milyon dollar ayırırdı.

Huk həmçinin İranın xarici işlər naziri Məhəməd Cavad Zərifin özünümüdafiə haqda bəyanatını şərh edib.

“Dünyada terrorçuluğun aparıcı dövlət sponsorunun özünümüdafiə haqqında danışmasını heç cür anlaya bilmirəm”, – deyə xüsusi nümayəndə vurğulayıb.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button