Güney Azərbaycanın “Traktor” futbol komandasının azarkeşləri – Məhoş Nuri və Zəhra Fəteh Əlizadə Gilan əyalətində keçirilən futbol matçı zamanı “Mələvan” klubunun azarkeşləri və İrşad Patrul Polis Xidmətinin (Əxlaq Polisi) əməkdaşlarının hücumuna məruz qaldıqdan sonra Ənzəli şəhərinin Kəşfiyyat İdarəsinə çağırılıblar.
Bu, Təbrizin “Traktor” futbol komandasının qadın azarkeşlərinə ilk hücum halı deyil.