Birləşmiş Millətlər Sazmanının İnsan Haqları üzrə Ali Komiserı Mişel Baçelet bəzi hökumətlərin müxaliflərin səsini susdurmaq üçün sərt antivirus qanunlarından sui-istifadə etmələri ilə ixtar verib.
O, eyni zamanda Amerika dövlətini indiki behdaşt böhranı ilə bağlı və insanların canını nicat vermək üçün İran və Venesuelaya qarşı təhrimləri ləğv etməyə çağırıb.
İki dövrə Şilinin prezidenti olmuş xanım Baçelet, Fransa Radiosuna verdiyi müsahibədə keçmiş lider olaraq iqtisadi fəaliyyətlərin ehyasının vacibliyini yaxşı başa düşdüyünü bildirib.
Bununla belə, o, virusun uzun müddət davam edəcəyini və bütün addımların “elmi həqiqətlərə” əsaslanmalı olduğu ilə bağlı ixtar verib.
Birləşmiş Millətlər Sazmanının İnsan Haqları üzrə Ali Komiserı hökümətlərin müxaliflərə, insan haqları fəallarına və jurnalistlərə qarşı təqiblərlə bağlı qərəntinə qaydalarından və səyahət qadağalarından sui-istifadə halları ilə bağlı ixtar verib. “Bir çox ölkələrdə hökumətlərin daha çox mədəni azadlıqları və mədəni camiə təşkilatlarının fikir azadlığını məhdudlaşdırmaq üçün pandemidən sui-istifadə etdiklərinin, jurnalistləri təhdid etdiklərinin və mətbuat azadlığını məhdudlaşdırmalarının şahidi oluruq. Bu hərəkətlər yolverilməzdir”, – deyə bildirib.