Keçdiyimiz günlərdə Əhərdə qorxunc bir oyalın xəbəri yayıldı. Şəhrivər ayının 31-də Əhərin Gövdül kəndində bir müəllimin ən azı 5 uşağa cinsi təcavuz etdiyi xəbəri ortaya çıxdı. Olay ilk olaraq uşaqların mədrəsəyə getmək istəmədiyindən ortaya çıxıb. Belə ki, keçmiş illərdə mədrəsənin müəllimi tərəfindən rahatsız edilən uşaqlar qorxudan dərsə getmək istəmirdilər. Bu olaydan şübhələnən valideynlər həqiqəti uşaqlardan öyrənincə şok oldular. Beləliklə 15 şagirdi olan mədrəsənin müəllimi kənd əhalisi tərəfindən sorğulanıb. İlk başda inkar edən adam daha sonra uşaqların ifşaları qarşısında səssiz qalmaq zorunda qalıb. Məsələnin ardını tutan ailələr Əhərdə məhkəməyə gedərək şikayət ediblər. Ancaq maraqlıdır ki, həmin şəxs bir neçə sorğu sualdan sonra buraxılıb. Bunun əsas səbəbi də uşaqlara təcavuzla suçlanan adamın bir hakimiyyyət tərəfdarı, yəni “Bəsici” olmasıdır. Əhərdə şəhər məqamları da bu adamla olan münasibətlərini gizlətmirlər.
İş o yerə gəlib çatdı ki uşaqlara təcavuzla suçlanan və oratada neçə şahidin olduğu halda azad buraxılan adamın görüşünə Əhərin Cümə imamı getdi. Əli Xamneyinin Əhərdəki nümayəndəsi və şəhərin Cümə imamı Cavad Hacizadə təcavucla ittiham edilən şəxsin görüşünə getdi və görüşüylə bağlı görüntülər paylaşıldı. Uşaqlara təcavuz etdiyi iddiası tərh olan adam hakimiyyətə bağlı media tərəfindən mədəni və Məzhəbi fəal kimi tanıtılır. Habelə keçmişdə Əhərdə bilindik və radikal bir hakimiyyət tərəfdarı olaraq tanınır. Bu olay da keçdiyimiz illərdəki Səid Tusi olayını xatırladır. O zaman da Quran Müəllimi Səid Tusinin uşaqlara təcavuz etdiyi iddiaları ortaya atılıb qonuyla bağlı neçə şahid olmasına rəğmən hakimiyyət məsələni gizlətməyə çalışdı. İndi də Əhərdə bənzər olay baş verir.
Əhərin Dadsitanı Rəhim Əbdullahi belə həssas bir qonu olmasına rəğmən müttəhəmi buraxmağa səssiz qaldığı bizə arxada nələrin baş verdiyiylə bağı ipucları verir. Əhər Dadsitanı olayın incələndiyini iddia etsədə belə ağır suçla qarşı-qarşıya olan birinin nədən buxardıqlarıyla bağlı heç bir bilgi verməyib. ANT TV-nin əldə etdiyi məlumata görə bu olayı ört bas eləməyə çalışan başqa məqamlarda var. O cümlədən Əhər Təhsil Müdirliyinin Hərasət Rəisi Raci adlı şəxsin adı gedir. Habelə Əhərin Cümə İmamı Cavad Hacizadə də məsələni ört bast eləməyə çalışan adamlardan biridir.
Bir ayrı önəmli qonu bu ki danışan uşaqların sözlərinə görə sözügedən şəxs keçmiş illərdə bir çox oğlan və qız uşağına da təcavuz edib. Ancaq bir çox ailə məhkəməyə güvənmədikləri üçün və uşaqlarının şəxsiyyətinin təhlükəyə düşməməsi üçün səssiz qalırlar. Olayın üstünün açılmasından neçə gün keçməsinə rəğmən buraya qədər təkcə iki uşağın ailəsi məhkəmədə şikayət edib. Ancaq bir çox uşağın bənzər şəkildə təcavüzə məruz qaldığıyla bağlı bilgilər var.
İran İslam Cumhuriyyətində məhkəmə sisteminin şəffaf və ədalətli olmaması üçün bu tərz olaylardan ədalətli bir sonuc gözləmək çox çətindir. Çünki, hakimiyyətə yaxın olan biri hökümətin təmsilcisi kimi tanınır və dövlət nəyin bahasına olursa olsun onu qorumağa çalışır. Ancaq bu kimi durumlarda uşaqlar və ailələrin səssiz qalmaması bu durum dəyişə bilər və hakimiyyət geri çəkilmək zorunda qala bilər.