“ANT” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hərəkatın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, əsgər və zabitlərin mövqelərinə hücum təşkil edilib.
“Birbaşa endirilən zərbə nəticəsində şəxsi heyət arasında ölən və yaralananlar var”, – məlumatda qeyd olunub.
Bildirilib ki, bu hücum İsrailin Livanın Bazuriya və Hula yaşayış məntəqələrinə endirdiyi zərbələrə cavabdır.