May ayında ABŞ-ın sanksiyalarının sərtləşməsindən sonra Hindistan tam olaraq İran neftinin idxalını dayandırıb.
Aznews.tv-nin RİA Novosti-yə verdiyi məlumata əsasən, bu haqda Hindistanın ABŞ-dakı səfiri Harş Vardxan Şrinqla bəyanat verib.
Onun sözlərinə görə, cari ilin aprel ayında ölkəsi idxal olunan İran neftinin həcmini 1 milyon tona endirib.
“Bununla da hər şey tamadır. Biz artıq İrandan neft almamışıq. Nyu-Dehli rəsmi Vaşinqtonun bu aya dək davam edən iran neftinin idxalı ilə bağlı narahatçılığını nəzərə alıb. Lakin bu qərar Hindistana baha başa gəlib, çünki ölkə alternativ enerji mənbələri axtarmaq məcburiyyətindədir”, – deyə diplomat qeyd edib.
Qeyd edək ki, İran nefti bu Cənubi Asiya ölkəsinin tələbatlarının 10% qarşılayırdı. İranla birgə Hindistana İraq və Səudiyyə Ərəbistanı kimi ölkələrdən neft gəlir.
Aznews.tv