“Vilayətin ilk sənətkarlıq evi bu məktəbdə qurulacaq. Cari ilin iyun ayında lazımi hazırlıq işləri görülüb. Hidayət Məktəbi bərpadan sonra muzey və sənətkarlıq təhsili emalatxanası kimi istifadə olunacaq. Bu binanın bərpası üçün 10 milyard rial (20.000 dollar) ayrılıb.
Qacarlar dövrünün sonlarına təsadüf edən Urmiyanın hidayət məktəbi bu şəhərin köhnə evlərindən biri olub, Qacar tayfasının ağsaqqallarından birinə məxsus olub. Bu tarixi ev 1968-ci ildə yeni sahibi tərəfindən məktəbə çevrilmişdir”.