İran

Hicabsız qadınlara xidmət edən bank müdiri və işçisi həbs edilib

Dəmavənd şəhərinin ümumi və inqilab prokuroru bu şəhərdə bir bankın müdiri və işçisinin məcburi hicaba riayət etməyən qadınlara xidmət göstərdiyinə görə həbs olunduğunu elan edib.

Bu çərşənbə axşamı Dəmavənd şəhərinin ümumi və inqilab prokuroru “Mürtəza Təhmasbi” Dəməvənddə bir bank müdiri və işçisi barəsində həbs və məhkəmə işinin başlandığını elan edib və bildirib ki, həbs olunanlar qanuna riayət edilməməsinə “məhəl qoymayaraq”, məcburi hicabı taxmayan bir vətəndaşa xidmət veriblər.

Dəmavənd prokuroru bildirib ki, qadınların məcburi hicaba riayət etməməsinə müdir və məmurlar ilk növbədə ona xəbərdarlıq etməlidirlər. Əgər hicabsız şəxs xəbərdarlığa məhəl qoymursa və cinayəti təkzib etməkdə israr edirsə, dərhal polis mərkəzinə müraciət edib, polis əməkdaşlarına məlumat vermək lazımdır”.

Dəmavənd şəhərinin ümumi və inqilab prokuroru dedi: Polis müdirlərin telefon zəngindən sonra dərhal həmin yerə gəlib və tutanaq hazırlamalıdır”.

Bu aksiya o vaxta təsadüf edir ki, bir sıra hüquqşünaslar öncələr məcburi hicaba riayət etməyən qadınlara rəsmi və dövlət qurumları tərəfindən xidmət göstərilməməsini “qanunsuz” hesab edirdilər.

Hökumətin məcburi hicabın tətbiqi ilə bağlı artan təzyiqlərinə baxmayaraq, bir çox qadın vətəndaş etirazlarını davam etdirərək, ictimai yerlərdə hicabsız görünməklə hökuməti ümidsizliyə sürükləyib və bu, bir çox yerli və beynəlxalq reaksiyalara səbəb olub.

Bu gün “Amnesty İnternational” İslam Respublikasının hüquq-mühafizə orqanları tərəfindən “qəddar polis üsulları və repressiyaların” genişlənməsindən narahatlığını bildirib və beynəlxalq ictimaiyyətdən “artan zülm altında” olan iranlı qadın və qızların yanında olmasını istəyib.
#ümumi_etirazlar #məcburi_hicab

Related Articles

Bir cavab yazın

Back to top button