
baş prokurorun müavini Əbdülsəməd Xürrəmabadi yanvarın 10-da mediaya verdiyi açıqlamada bu barədə danışıb və bununla yanaşı, Məhkəmə Sisteminin sədri Qulamhüseyn Möhsüni Ejeinin də məsələ ilə bağlı əlavə tapşırıqlar verdiyini deyib.
Qulamhüseyn Ejei ölkə prokurorları, eləcə də Ümumi və İnqilab Məhkəmələrinə göndərdiyi sərəncamda məcburi hicabla bağlı qaydalara əməl etməyənlərə qarşı əlavə cəzaların tətbiq edilməsini istəyib.
Sərəncamda hicab qaydalarını pozanlara qarşı cərimədən başqa, 6 ay müddətinə ölkədən çıxışa qadağa, işdən çıxarılma, sürgün, dövlət işlərindən uzaqlaşdırma və başqa bu kimi cəzaların verilməsi tələb olunub.