Bu barədə yerli insan haqları müdafiəçiləri məlumat yayıblar.
Bildirilib ki, şəhərin şərq bölgəsində polis qüvvələri və “hicabban”lar (Hicab nəzarətçiləri) bir neçə alış-veriş mərkəzi və ictimai yerlərə hücum ediblər.
Həbs olunanlar arasında 13-14 yaşlı qız uşaqlarının da olduğu, onlara qarşı zorakılıq edildiyi deyilir.
Qeyd edək ki, bir neçə gün əvvəl Tehran polis komandanlığı məcburi hicab qaydaları ilə bağlı xəbərdarlıq etmişdi. Polis komandanlığı bəyanatda təhdidamiz ifadələr işlədərək aprelin 14-dən başlayaraq məcburi hicab qaydalarını pozanlara qarşı sərt tədbirlər görüləcəyini bildirib.