İran

“Hicab tanrının əmridir”- SEPAH generalı vətəndaşları təhdid etdi

SEPAH-ın Ali Baş Komandanının müavini general Əli Fədəvi hicabın tanrının əmri olduğunu deyib və buna qarşı çıxanların cəzalandırılmalarının vacib olduğunu söyləyib.

O, məcburi hicab qaydalarını pozanları şeytan adlandırıb, onlar barəsində daha sərt tədbirlərin görülməsini istəyib.

Fədəvi iddia edib ki, düşmənlər hicab məsələsindən istifadə edərək İrana qarşı müharibəyə başlayıblar.

SEPAH generalı “düşmən və şeytanların hücumlarına qarşı” sıx birləşməyə və mübarizəyə çağırıb.

Qeyd edək ki, son aksiyalar zamanı İranda məcburi hicab qaydalarına etiraz edən 36 qadın hökumət məmurları tərəfindən öldürülüb.

Etiraz aksiyaları səngiyəndən sonra, xüsusən son günlər məcburi hicab qaydalarına riayət edilməməsinə və oruc tutulmamasına görə onlarla iş yerinin fəaliyyətinə qadağa qoyulub.

Related Articles

Bir cavab yazın

Back to top button