Haqqımızda

 

ANT dünyanın müxtəlif yerlərində Azərbaycanlılara qərəzsiz şəkildə xəbər və məlumat verən müstəqil və özəl media qurumudur.

2019-ci ilin iyun ayından etibarən  işə başlayan qurum peyk, veb sayt, sosial şəbəkələr vasitəsilə izləyicilərə dünyada baş verən ən son xəbərləri və məlumatları təqdim edir.

Günün xəbərləri və siyasi məsələlər 24 saat ərzində yenilənən AN.T portalının əsas xəttini təşkil edir.

Portal azərbaycanlı izləyici auditoriyasının müxtəlif qruplarının, xüsusilə də gənclərin informasiya ehtiyaclarını ödəmək üçün  yaradılıb.

AN.T media qurumunun AN.T kanalı da fəaliyyət göstərir. Verilişləri Stokholmdan yayımlansa da,  kanalın proqramlarını dünyanın müxtəlif ölkələrində yaşayan müxbir və jurnalistlərimiz hazırlayır.

AN.Tnin televiziya proqramları Yahsat peykindən 11958 V- 27500 – 7/8 üfüqlükdə və http://www.aznews.tv saytında yayımlanır.

AN.T-nin veb-saytı 2019-ci ilin iyun ayında beş dildə fəaliyyətə başlayıb  və 24 saat oxucularını müxtəlif sahələrdən olan xəbərlər və məlumatlarla təmin edir.

Bu sayt istifadəçilərə siyasi, incəsənət, tarix, elm və texnologiya, idman, iqtisadiyyat, hüquq və ətraf mühit daxil olmaqla, ayrı-ayrı bölmələrdə ən son xəbərlər, hesabatlar və təhlillər təqdim edir.

İzləyicilərimiz AN.T-nin proqramlarına saytda canlı olaraq baxa bilərlər. Canlı proqramların arxivləri veb-saytda da mövcuddur.

Saytda televiziya verilişlərinin yayım cədvəli və məzmunu  haqqında məlumat əldə edə bilərsiniz.

Bundan əlavə, Facebook , Instagram , Twitter ), və YouTube  kimi sosial şəbəkə müstəvilərimiz fəaliyyət göstərir ki, istifadəçilər müxtəlif məsələlərlə bağlı fikirlərini bu platformada bildirsin.

Öhdəliyimiz

Bu televiziya izləyicilərə professional, obyektiv və peşəkar jurnalistika qaydaları əsasında çalışmağaı öhdəliyinə götürüb. Bütün Azərbaycanın siyasi, sosial və mədəni sahələrində baş verən yeniliklərin proqramlarda əks olunması da bu televiziya kanalının öhdəliyidir.

Amalımız

AN.T-nin amalı ölkədə demokratik dəyərlər və qurumların yayılması, dəqiq və obyektiv məlumatları peşəkarcasına sərgiləmək və peşəkar  jurnalistika etikasına uyğun olaraq, ədalətli və balanslı çərçivədə təmin etməkdir.

Prinsiplərimiz

AN.T heç bir siyasi, sosial, mədəni, iqtisadi və dini təşkilatın maraqlarını müdafiə etmir və İranın  daxili yaxud xaricində heç bir qrupa bağlı deyil. Bizim həmkarlarımız məlumatların dərc olunmasında bitərəf olaraq, hörmət prinsipinə riayət edərək müxtəlif və ziddiyyətli fikirləri dərc edir. Bu şəbəkənin müxbirlərinə xəbərlərdə öz fikirlərini və ya qərarlarını daxil etməsinə icazə verilmir.

Bu amalın müxtəlif bölümlərində dərc olunan məlumat və xəbərlər dəqiq faktlara əsaslanmalıdır.

Bu şəbəkənin əməkdaşları xəbərlərin hazırlanmasında etnik qruplar yaxud müxtəlif dini inanc və mədəniyyətlər, habelə onların tərəfdarları  barədə aşağılayıcı məzmunları dərc etmir.

Qeyd edək ki, qonaqların şəxsi fikirlərinə və dediklərinə görə AN.T məsuliyyət daşımır.

Moondiggy Dijital Ajans Pazarlama alanında Arama Motoru Optimizasyonu hem Web Site Tasarım, Sosyal Medya Yönetimi ve SEO Optimizasyonu Dijital Haber Portalı.
Kurumsal Sosyal Medya Yönetimi Pazarlama alanında daha yenilikçi bir yaklaşımıyla hem Web Site Tasarımı ve Sosyal Medya Yönetimi ile firmanıza yeni değerler kazandıracak. Google Ads ile daha fazla müşteri çekebilir ve Satışlarınızı arttırabilirsiniz. Arama Motoru Optimizasyonu yani SEO ile organik olarak Google,Yandex ve Bing gibi Arama Motorlarında Organik olarak ziyaretçi kazanabilirsiniz. Moondiggy Dijital Ajans olarak hemen bizimle çalışın geleceğe sağlam adımlarla ilerleyelim.
Back to top button