İran

Hamburqda İrana bağlı mərkəz bağlandı. Bu barədə Alman polisi bəyanat yayıb.

Mərkəzin Livanın Hizbullah terror təşilatına bağlı olduğu və fəaliyyətinin Almaniya konstitusiyasına zidd olduğu bildirilib.

Ötən ilin noyabr ayında Almaniya polisi həmin mərkəz və ona bağlı başqa 16 ofisdə axtarış aparıb.

Almaniyanın Konstitusiyanı Qoruma Bürosunun ötən il verdiyi məlumata görə, “İslami Mərkəz” İranın Avropada ən önəmli təbliğat mərkəzidir.

HƏMAS-nin İsrailə hücumundan sonra Almaniya Federativ Respublikasının mərkəzi parlamenti Bundestaq mütləq səs çoxluğu ilə dövlətdən həmin mərkəzin bağlanmasını tələb etmişdir.

Bununla yanaşı, Almaniyanın Daxili Təhlükəsizlik Təşkilatı çoxsaylı hesabatlarında Hamburq İslam Mərkəzinin İranın şiə ideologiyasını yayması ilə bağlı xəbərdarlıq edib.

Bu mərkəzin müavini 2022-ci ilin noyabrında Almaniyada terror qruplaşması sayılan Livan Hizbullahının üzvləri ilə əlaqədə olmaq ittihamına görə bu ölkədən qovulub.

Related Articles

Bir cavab yazın

Back to top button