İran

​​Hakimiyyətin seçki təbliğatı iflasa uğradı

İran hökumətinin növbədənkənar prezident seçkiləri ilə bağlı başlatdığı təbliğat kampaniyası nəticəsiz qaldı.

Bu, ölkə vətəndaşları və seçici hüququ olanların əksəriyyətinin seçkilərə qatılmamasından məlum olur.

İranda 61 milyon 452 min 321 nəfərin səsvermə hüququ olsa da, onlardan yalnız 25.591.344 nəfəri seçkilərdə iştirak edib.

Həmin iştirakçıların isə 1.056.159 nəfəri qutulara saldıqları bülletenlərə heç bir namizədin adını yazmayıb.

Bununla yanaşı, seçkidən əvvəl verilən məlumatlarda hökumətin məhbuslar, qocalar, əlillər, xaricdə yaşayanlar və başqa şəxslərin milli kodlarını aldığı bildirilib.

Hakimiyyətin qeyd olunan qrupa aid 11 milyon nəfərin adından müxtəlif namizədlərin adına bülletenlər yazdığı deyilir.

Bütün bunlara baxmayaraq, rəsmi məlumatlarda seçici aktivliyinin 40% civarında, qeyri-rəsmi məlumatlarda isə 30% civarında olduğu qeyd olunub.

Bu, vətəndaşların seçkilərə cəlb edilməsi ilə bağlı hökumətin başlatdığı kampaniyanın nəticəsiz qalmasına, vətəndaşların hakim sisteminə inamlarının daha da azalmasına dəlalət edir.

Related Articles

Bir cavab yazın

Back to top button